Gömrük Akademiyasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Operativ məlumatlandırma Gömrük Akademiyasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Əsas Faydalı Xəbərlər Gömrük Akademiyasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Gömrük Akademiyasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Ulu öndərin zəngin həyat yolundan və çoxşaxəli fəaliyyətindən bəhs edib. Bildirilib ki, müasir müstəqil Azərbaycanın qurucusu Ümummili Lider Heydər Əliyev bütün sahələrdə ölkəmizin davamlı inkişaf strategiyasını müəyyənləşdirib, onun düşünülmüş, uzaqgörən siyasəti nəticəsində respublikamız regionun lider dövlətinə, dünya birliyinin etibarlı üzvünə çevrilib. O da qeyd olunub ki, dahi rəhbərin zəngin irsinin öyrənilməsi və gənc nəsil arasında təbliği onun ideyalarının yaşadılması və ölkəmizin hərtərəfli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Daha sonra Akademiya tələbələrinin “Heydər Əliyev və Azərbaycanın hüquq siyasəti”, “Heydər Əliyev və Azərbaycan gömrüyü” mövzularında çıxışları dinlənilib. Tədbir bədii kompozisiya ilə davam edib. 9 May 2023 13:46 Paylaş :