Blog

ÜGT ilə DGK arasında səmərəli və işgüzar əməkdaşlıq mövcuddur

07-09-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Malların nomenklaturası Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Ən çox verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları ÜGT ilə DGK arasında səmərəli və işgüzar əməkdaşlıq mövcuddur Əsas Komitə Xəbərlər ÜGT ilə DGK arasında səmərəli və işgüzar əməkdaşlıq mövcuddur ÜGT ilə DGK arasında səmərəli və işgüzar əməkdaşlıq mövcuddur Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Komitə sədrinin vəzifələrini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Avropa Regional Ofisinin rəhbəri Əsər Çəngəllə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar görüşüb. Görüşdə DGK ilə ÜGT arasında uzun illərə dayanan səmərəli və işgüzar əməkdaşlıqdan söhbət açılıb, Azərbaycan gömrüyünün inkişafında, gömrük sahəsində müasir yeniliklərin tətbiqi, əməkdaşların potensialının gücləndirilməsində təşkilatın mühüm rolundan bəhs edilib. Şahin Bağırov Regional Ofisə rəhbərliyi dövründə Əsər Çəngəlin regional əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətindən məmnunluqla danışıb, gələcək işlərində uğurlar arzulayıb. Əsər Çəngəl təmsil etdiyi qurumla DGK arasındakı əlaqələrin daim yüksələn xətlə inkişaf etdiyini, təşkilatın regional qurumunun Bakıda yerləşməsinin, eləcə də Azərbaycanın ÜGT çərçivəsində  aktiv fəaliyyətinin səmərəli əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb, göstərilən diqqətə görə təşəkkürünü bildirib. 7 Sentyabr 2022 20:03 Paylaş :