Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri müzakirə olunub
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri müzakirə olunub Əsas Faydalı Xəbərlər Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri müzakirə olunub Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri müzakirə olunub Mayın 3-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə Administrasiyasının (DEA) Orta Şərq üzrə regional bölməsi rəisinin köməkçisi Kristofer Dziedziçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə müasir texniki nəzarət vasitələri ilə təminat, qabaqcıl texnologiyaların öyrənilərək paylaşılması, poçt göndərişləri ilə narkotik vasitələrin daşınmasına qarşı mübarizədə təcrübələrin bölüşülməsi məqsədilə təlimlərin təşkili istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycan gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daim qətiyyətli mübarizə apardığı diqqətə çatdırılıb, bu istiqamətdə reallaşdırılan tədbirlər çərçivəsində son bir ayda ölkəmizdən tranzit qaydada keçməklə Avropaya daşınmasına cəhd göstərilən, ümumilikdə 600 kiloqrama yaxın heroinin aşkar edildiyi bildirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 3 May 2023 13:18 Paylaş :