45 ədəd patron aşkarlanıb
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr 45 ədəd patron aşkarlanıb Əsas Faydalı Xəbərlər 45 ədəd patron aşkarlanıb 45 ədəd patron aşkarlanıb Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun əməkdaşları döyüş sürsatı hesab edilən patronların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Belə ki, “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin kabinində gizlədilmiş 1 ədəd plastik qablaşmanın içərisində 45 ədəd patron aşkarlanıb. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən patronlar yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 9x17 mm kalibrli patronlardır, döyüş sursatı hesab edilirlər və istifadəyə (atəşə) yararlıdırlar. Faktla bağlı araşdırma aparılır. 2 May 2023 14:58 Paylaş :