Blog

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru ilə görüş keçirilib

02-05-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru ilə görüş keçirilib Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru ilə görüş keçirilib Mayın 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) icraçı direktoru Tobias Baumanla görüşüb. Görüşdə Dövlət Gömrük Komitəsi ilə AHK arasında uzunmüddətli səmərəli işgüzar münasibətlərdən bəhs edilib və əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin özəl sektorla tərəfdaşlığının təşviqi istiqamətindəki fəaliyyəti, gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər AHK üzvləri tərəfindən yaxından izlənilir. Həmçinin palatanın ənənəvi “AHK İmpuls” tədbiri çərçivəsində gömrük nəzarəti və rəsmiləşdirlməsi ilə bağlı gömrük-biznes dialoqu və tərəfdaşlığın inkişafı mövzusunda Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşün keçirilməsinin əməkdaşlığın inkişafı, müasir çağırışların öyrənilməsi, biznesin məlumatlandırılması baxımından əhəmiyyətli olacağı diqqətə çatdırılıb. Eyni zamanda Dövlət Gömrük Komitəsinin  xarici ticarət iştirakçılarının təklif və rəylərini dinləməyə daim açıq olduğu vurğulanıb, AHK ilə əməkdaşlığın daha da gücləndirilməsi, kommunikasiyanın səmərəli şəkildə təşkili məqsədilə əlaqələndirici şəxslər müəyyənləşdirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 2 May 2023 15:17 Paylaş :