Blog

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

26-04-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib Əsas Faydalı Xəbərlər Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib Aprelin 26-da Mərkəzi Gömrük Hospitalında akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.  Tədbirdən öncə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşları Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları önünə tər çiçəklər düzüblər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov 2023-cü ilin müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq alim və həkim Zərifə xanım Əliyevanın 100 illik yubileyləri ilə əlamətdar olduğunu qeyd edib. Tədbirdə Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın gələcək nəsillərə nümunə olacaq elmi fəaliyyətindən danışılıb, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğu vurğulanıb. Sonda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib. 26 Aprel 2023 18:41 Paylaş :