Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib Əsas Faydalı Xəbərlər Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Təlim Akademiyasının (NEA) nümayəndələri ölkəmizdə səfərdədir. Aprelin 25-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və bu sahədə potensialın gücləndirilməsi istiqamətində əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişafına dair görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin müxtəlif bölmələrinin 40-dan çox əməkdaşı iştirak edib. Görüşdə DGK ilə NEA arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, işgüzar əlaqələrin, xüsusilə narkotiklərlə mübarizə sahəsində təcrübə mübadiləsinin daha da gücləndirilməsinin vacibliyindən bəhs olunub. Həmçinin narkotiklərə qarşı mübarizə fəaliyyəti və Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin gündəlik iş prosesi ilə bağlı təqdimatlar nümayiş etdirilib. Qeyd edək ki, NEA nümayəndələri ilə Dövlət Gömrük Komitəsinin Akademiyası və Kinoloji Mərkəzində görüşlərin təşkil edilməsi də nəzərdə tutulur. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 25 Aprel 2023 18:52 Paylaş :