Blog

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan konfrans keçirilib

25-04-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan konfrans keçirilib Əsas Faydalı Xəbərlər Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan konfrans keçirilib Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan konfrans keçirilib Aprelin 20-də Sumqayıt Baş Gömrük İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan konfrans keçirilib. Tədbirdən öncə Sumqayıt şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Daha sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş konfrans başlayıb. Konfransda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, digər dövlət qurumlarının rəhbərləri iştirak edib. Konfransda çıxış edənlər müstəqil Azərbaycanın tarixində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən söz açıb, zəngin dövlətçilik təcrübəsi haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində digər dövlət qurumları ilə yanaşı, gömrük orqanları da ölkəmizin mühüm dövlət təsisatlarından biri kimi formalaşdı. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmlənməsinə, davamlı inkişafına yönələn zəngin ideyaları bu gün də onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 20 Aprel 2023 13:58 Paylaş :