Blog

Gömrük əməkdaşları üçün kontrafakt və saxta malların ölkəyə idxalına qarşı mübarizə üzrə təlim keçirilib

02-09-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Malların nomenklaturası Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Ən çox verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük əməkdaşları üçün kontrafakt və saxta malların ölkəyə idxalına qarşı mübarizə üzrə təlim keçirilib Əsas Komitə Xəbərlər Gömrük əməkdaşları üçün kontrafakt və saxta malların ölkəyə idxalına qarşı mübarizə üzrə təlim keçirilib Gömrük əməkdaşları üçün kontrafakt və saxta malların ölkəyə idxalına qarşı mübarizə üzrə təlim keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyası və “Colgate-Palmolive” şirkətinin ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük orqanları tərəfindən qorunması" mövzusunda təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan müvafiq qurumların ümumilikdə 23 nəfər gömrük əməkdaşı iştirak edib. Gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə təşkil edilən təlim “Colgate-Palmolive”  şirkətinin meneceri Ramin Həsənov tərəfindən aparılıb. Təlimdə kontrafakt və saxta malların ölkəyə idxalına qarşı mübarizə, “Colgate-Palmolive” şirkətinin məhsullarının orjinal və saxta olanlarının ayırd edilməsi üsulları, həmçinin beynəlxalq təcrübədə saxta mallara qarşı mübarizə istiqamətində görülən işlərlə bağlı məlumat verilib. Sonda əməkdaşları maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 2 Sentyabr 2022 14:03 Paylaş :