Blog

Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində görüş keçirilib

01-09-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Malların nomenklaturası Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Ən çox verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində görüş keçirilib Əsas Komitə Xəbərlər Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində görüş keçirilib Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində görüş keçirilib Sentyabrın 1-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun iştirakı ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində görüş keçirilib. Görüşdə ÜGT-nin Regional Ofisi tərəfindən son illərdə aparılan işlər, həyata keçirilən layihələr, eləcə də üzv dövlətlərin gömrük xidmətləri üçün təşkil edilən təlimlər barədə məlumat verilib. Öz növbəsində ölkəmizdə gömrük işinin səmərəliliyinin, prosedurların rasionallığının təmin olunması, şəffaflığın artırılması, gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində xüsusi Fəaliyyət Proqramının hazırlandığını vurğulayan Şahin Bağırov ÜGT-nin alətlərindən, tövsiyələrindən davamlı istifadə olunmaqla gömrük xidmətinin fəaliyyətinin müasir çağırışlara uyğun şəkildə qurulması sahəsində yeni addımlar barədə məlumatları diqqətə çatdırıb. Həmçinin, gömrük işində beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını, region ölkələri ilə ofis arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini qeyd edərək Regional Ofisin rəhbəri, Türkiyə gömrük xidmətinin nümayəndəsi Əsər Çəngələ fəaliyyət müddətinin bitməsi və gördüyü işlərə görə Dövlət Gömrük Komitəsi adından minnətdarlığını bildirib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 1 Sentyabr 2022 15:24 Paylaş :