Azərbaycanla Gürcüstan arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Azərbaycanla Gürcüstan arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib Əsas Faydalı Xəbərlər Azərbaycanla Gürcüstan arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib Azərbaycanla Gürcüstan arasında gömrük sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri rəhbərlərinin görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gələn Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava ilə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov arasında martın 14-də görüş keçirilib. Görüşdə Azərbaycanla Gürcüstan arasındakı mehriban qonşuluq və dostluq münasibətlərinin gömrük sahəsində də səmərəli əməkdaşlığın, işgüzar əlaqələrin formalaşmasına zəmin yaratdığı vurğulanıb. Bütün sahələrdə, həmçinin gömrük işinin təşkili ilə bağlı birgə regional layihələrin həyata keçirildiyi, Orta Dəhliz üzrə tranzit gömrük prosedurunun sadələşdirilməsi istiqamətində atılacaq addımların əməkdaşlığın, təcrübə və məlumat mübadiləsinin gücləndirilməsinə təkan verəcəyi bildirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 14 Mart 2023 19:37 Paylaş :