Orta Dəhlizi boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi müzakirə olunub
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Orta Dəhlizi boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi müzakirə olunub Əsas Faydalı Xəbərlər Orta Dəhlizi boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi müzakirə olunub Orta Dəhlizi boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi müzakirə olunub Martın 14-də Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri ekspertlərinin görüşü keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan, Gürcüstan, Tacikistan gömrük xidmtlərinin ekspertləri, aidiyyəti beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsinin əhəmiyyətindən, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasındakı rolundan danışıb. Bildirilib ki, dəhlizin cəlbediciliyinin artırılmasına töhfə vermək məqsədilə region ölkələrinin gömrük xidmətləri gömrük əməliyyatlarının rəqəmsal həllər əsasında sadələşdirilməsi, sərhədkeçmənin sürətləndirilməsi istqamətində mühüm addımlar atır və görüş bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mütəxəssisləri “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit məlumatlarının etibarlı və təhlükəsiz elektron mübadiləsinin təmin olunması məqsədilə yaradılacaq Vahid Tranzit Portalı barədə məlumatları diqqətə çatdırıblar. Bildirilib ki, portal gömrük əməliyyatlarının rəqəmsal həllər əsasında daha asan və çevik şəkildə reallaşdırılmasına şərait yaradacaq. Həmçinin Orta Dəhlizi boyu sadələşdirilmiş tranzit qaydasının işlənib hazırlanması və tətbiqi üzrə Fəaliyyət Planının əsas məqsəd və vəzifələrinə dair təqdimat da nümayiş olunub. Görüşdə hər iki məsələ ətrafında geniş müzakirələr aparılıb, eyni zamanda gömrük xidmətləri rəhbərlərinin iclasının Protokol layihəsi hazırlanaraq razılaşdırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 14 Mart 2023 16:56 Paylaş :