Blog

Dövlət Gömrük Komitəsinin sədri ÜGT-nin Baş katibi ilə görüşüb

14-03-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsinin sədri ÜGT-nin Baş katibi ilə görüşüb Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsinin sədri ÜGT-nin Baş katibi ilə görüşüb Dövlət Gömrük Komitəsinin sədri ÜGT-nin Baş katibi ilə görüşüb Martın 14-də Dövlət Gömrük Komitəsinin sədri,  gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.  Görüşdə gömrük işinin müxtəlif sahələri üzrə ÜGT tərəfindən verilən rəy və təkliflərin qabaqcıl texnologiyaların, rəqəmsallaşmanın, elektron həllərə əsaslanan tranzit prosedurlarının inkişafında mühüm rol oynadığı vurğulanıb.  Həmçinin Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsindən bəhs olunub.  Bildirilib ki, məqsəd rəqəmsal həllərin genişləndirilməsi hesabına  tranzit gömrük prosedurunu sadələşdirməklə mal və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərini sürətləndirmək, regional əməkdaşlığı gücləndirməkdir. Bu da öz növbəsində Orta Dəhlizin cəlbediciliyinin artırılmasına, beynəlxalq ticarətin sürətləndirilməsinə, region ölkələrinin iqtisadi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.  ÜGT Baş katibi Kunio Mikuriya Azərbaycan gömrüyünün ÜGT-nin həyata keçirdiyi layihələrdə fəal iştirakına görə təşəkkürünü bildirib və Orta Dəhliz boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsini yüksək qiymətləndirib.  O da qeyd olunub ki, dənizə çıxışı olmayan ölkələr üçün tranzit həlləri mühüm əhəmiyyət daşıyır və ÜGT layihənin uğurla reallaşdırılmasında lazımi dəstəyi göstərməyə hazırdır.  Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi   14 Mart 2023 16:29 Paylaş :