Tacikistan və Özbəkistan gömrük xidmətləri rəhbərləri ilə görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Tacikistan və Özbəkistan gömrük xidmətləri rəhbərləri ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Tacikistan və Özbəkistan gömrük xidmətləri rəhbərləri ilə görüş keçirilib Tacikistan və Özbəkistan gömrük xidmətləri rəhbərləri ilə görüş keçirilib Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri rəhbərlərinin görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gələn Tacikistan Respublikası Gömrük Xidmətinin rəisi Xurşed Karimzoda və Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov ilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov arasında martın 13-də görüş keçirilib. Görüşlərdə ölkələrimiz arasındakı mövcud əlaqələrdən, xüsusilə gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və şaxələndirilməsindən söz açılıb. Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu tranzit prosedurlarının sadələşdirilməsinin əhəmiyyəti və vacibliyi vurğulanıb, həmçinin Transxəzər Rəqəmsal Tranzit Portalının yaradılması istiqamətində görülən işlərdən, portalın mal və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi, məlumat mübadiləsinin gücləndirilməsi, vaxta və vəsaitə qənaət edilməsi baxımından əhəmiyyətindən danışılıb. O da qeyd olunub ki, rəqəmsal həllər əsasında gömrük prosedurlarının sadələşdirilməsi Orta Dəhlizin cəlbediciliyinin artırılmasına şərait yaradacaq ki, bu da region ölkələrinin ixrac potensialının yüksəldilməsinə, iqtisadi əlaqələrin daha da gücləndirilməsinə təkan verəcək. Görüşlərdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 13 Mart 2023 16:20 Paylaş :