Blog

Külli miqdarda siqaretlər, spirtli içkilər və yivli odlu silah aşkar edilib

04-03-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Külli miqdarda siqaretlər, spirtli içkilər və yivli odlu silah aşkar edilib Əsas Faydalı Xəbərlər Külli miqdarda siqaretlər, spirtli içkilər və yivli odlu silah aşkar edilib Külli miqdarda siqaretlər, spirtli içkilər və yivli odlu silah aşkar edilib Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret, spirtli içki və yivli odlu silah aşkar ediblər. Belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakininin yaşadığı ünvana baxış keçiriblər. Baxış zamanı həmin ünvanda  yerləşən evin həyətyanı sahəsindəki yardımçı tikililərdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan müxtəlif adlarda, ümumilikdə 18960 ədəd  siqaret və 91 ədəd spirtli içki aşkar edilib. Həmçinin baxış zamanı aşkarlanan 1 ədəd sənədsiz yivli odlu silah və 94 ədəd mərmi aidiyyəti üzrə Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib. Faktla bağlı araşdırma aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 4 Mart 2023 16:32 Paylaş :