Blog

Poçt bağlamalarının gömrük rəsmiləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub

23-02-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Poçt bağlamalarının gömrük rəsmiləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub Əsas Faydalı Xəbərlər Poçt bağlamalarının gömrük rəsmiləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub Poçt bağlamalarının gömrük rəsmiləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub Fevralın 23-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və Ümumdünya Poçt İttifaqı (ÜPİ) arasında onlayn formatda görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavinləri-Bəhruz Quliyev, Cavad Qasımov, Natiq Şirinov, Komitənin aidiyyəti struktur bölmələrinin, Azərpoçt MMC-nin, ÜGT və ÜPİ-nin nümayəndələri iştirak ediblər. Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev yeni çağırışlara uyğun olaraq poçt bağlamalarının gömrük rəsmiləşdirilməsinin müasir alət və qaydalardan istifadə etməklə tənzimlənməsinin və elektron ticarətin asanlaşdırılmasının hazırda aktual məsələlərdən biri olduğunu bildirib. Həmçinin poçt bağlamalarının rəsmiləşdirilməsinin sürətləndirilməsi, risk təhlillərinin effektivliyinin artırılması baxımından görüşün əhəmiyyəti vurğulanıb və əməkdaşlığın gələcək addımlarının müəyyənləşdirilməsi baxımından önəmi qeyd olunub. Görüşdə poçt göndərişləri vasitəsilə daşınan bağlamaların gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi məqsədilə məlumat mübadiləsinin səmərəli şəkildə təşkili, bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və paylaşılması, mövcud qanunvericiliyin tələbləri ilə bağlı məsələlər müzakirə olunub. ÜPİ-nin mütəxəssisləri xüsusi təqdimatla çxış edərək  gömrük və poçt qurumları arasında məlumat mübadiləsinin təşkili mexanizmləri, bu istiqamətdə qanunvericiliyin tələbləri, inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələri barədə məlumat veriblər. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Fevral 2023 19:25 Paylaş :