Blog

Böyük Britaniya Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri ilə görüş keçirilib

23-02-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Böyük Britaniya Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Böyük Britaniya Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri ilə görüş keçirilib Böyük Britaniya Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri ilə görüş keçirilib Fevralın 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Parlamentinin üzvü, Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokertinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərləri, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld və digər rəsmi şəxslər iştirak edib. Görüşdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın Daxili İşlər Nazirliyi arasında həyata keçirilən layihə çərçivəsində “Nəqliyyat vasitələrinin axtarışı” üzrə təlim mərkəzinin inşası, gömrük əməkdaşların potensialının artırılması istiqamətində təlimlərin keçirilməsi, o cümlədən ikitərəfli qaydada məlumat mübadiləsi mexanizmlərinin gücləndirilməsi üçün hüquqi sənədlərin hazırlanması ətrafında müzakirələr aparılıb. İki ölkənin gömrük orqanları arasındakı faydalı əlaqələrdən məmnunluqla bəhs edilib, Böyük Britaniyanın dəstəyi ilə inşa olunacaq yeni təlim mərkəzinin Azərbaycan gömrüyünün kinoloji sahədəki təcrübə və imkanlarının artırılması ilə yanaşı, region ölkələri üçün də faydalı olacağı vurğulanıb. Leo Dekorti Azərbaycan gömrüyünün narkotiklərlə mübarizə sahəsində ön xəttdə yer aldığını, bu istiqamətdəki fəaliyyətinin, əldə olunan nəticələrin təqdirəlayiq olduğunu bildirib. Görüş çərçivəsində Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin əməkdaşları tərəfindən kinoloqların təlimi prosesində istifadə olunmaq məqsədilə hazırlanan Virtual Reallıq tətbiqi nümayiş etdirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlar, həmçinin Dövlət Gömrük Komitəsinin Kinoloji  Mərkəzinin fəaliyyəti ilə də tanış olub, xidməti itlərin axtarış prosesini izləyiblər. Eyni zamanda ərazidə inşa olunacaq təlim mərkəzi üçün ayrılan sahəyə də baxış keçirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Fevral 2023 17:02 Paylaş :