Gömrük Akademiyasının tələbələri ilə görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Gömrük Akademiyasının tələbələri ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Gömrük Akademiyasının tələbələri ilə görüş keçirilib Gömrük Akademiyasının tələbələri ilə görüş keçirilib Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində istehsalat təcrübəsinə cəlb olunan Gömrük Akademiyasının tələbələri ilə görüş keçirilib. Ölkəmizdə elmə, təhsilə xüsusi önəm verildiyinin bildirən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, ümummilli lider Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi uzaqgörən siyasətindən bəhs edib. Bildirilib ki, Ulu öndər elm və təhsil sahəsində mütərəqqi, qabaqcıl təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsi məqsədilə gənclərin xarici ölkələrdə təhsil alması üçün xüsusi proqram reallaşdırıb və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gömrük işinin təşkili sahəsində də elmi əsaslara söykənən institusional yanaşmalara xüsusi önəm verildiyi vurğulanıb, gömrük orqanlarının kadr potensialının formalaşdırılmasında, bilikli və istedadlı mütəxəssislərin yetişdirilməsində Gömrük Akademiyasının rolu qeyd edilib. Nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların, istehsalat təcrübəsinin də xüsusi əhəmiyyət daşıdığı, bu baxımdan Akademiyanın tələbələrinin Komitənin müxtəlif struktur bölmələrindəki fəaliyyətləri dövründə əldə edəcəkləri bilik və bacarıqların, qazanacaqları iş təcrübəsinin ixtisaslı kadrlar kimi yetişmələrində mühüm rol oynayacağı diqqətə çatdırılıb və onlara uğurlar arzulanıb. Qeyd edək ki, ümumilikdə Gömrük Akademiyasının 81 tələbəsi Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində 14 həftəlik istehsalat təcrübəsinə cəlb olunub. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Fevral 2023 16:53 Paylaş :