Azərbaycan və İran gömrük xidməti nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Malların nomenklaturası Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Ən çox verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Azərbaycan və İran gömrük xidməti nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib Əsas Komitə Xəbərlər Azərbaycan və İran gömrük xidməti nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib Azərbaycan və İran gömrük xidməti nümayəndə heyətlərinin rəhbərləri arasında görüş keçirilib Avqustun 22-də İran İslam Respublikasına səfəri çərçivəsində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov ilə İran İslam Respublikası Gömrük Adminstrasiyasının rəhbəri Əlireza Moqəddəsi arasında ikitərəfli formatda görüş keçirilib. İran İslam Respublikası Gömrük Adminstrasiyasının rəhbəri Əlireza Moqəddəsi ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin gömrük işi sahəsini də əhatə etdiyini, qarşılıqlı əlaqələrin ticarət həcminin artmasına, prosedurların sadələşdirilməsinə və sürətləndirilməsinə imkan yaratdığını bildirib. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov ölkələrimiz arasında tarixi-mədəni əlaqələrin, iqtisadi-ticari münasibətlərin önəmini qeyd edib. Həmçinin vurğulanıb ki, qarşılıqlı əməkdaşlığın inkişafı iqtisadi-ticarət əlaqələrin də yüksəlməsinə şərait yaradıb. Görüşdə iki ölkənin ərazisindən keçən nəqliyyat vasitələrinə tətbiq edilən gömrük nəzarətini ilkin elektron məlumat mübadiləsi vasitəsilə reallaşdırmaqla sürətli keçidin təmin olunması, iki ölkə arasında tranzit əməliyyatlarının tam elektronlaşdırılmasını nəzərdə tutan "e-TIR Pilot" layihəsinin tətbiq edilməsi, yeni sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı qarşılıqlı fəaliyyətin həyata keçirilməsi və gömrük nəzarəti sahəsində nəticələrin qarşılıqlı tanınması istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. 22 Avqust 2022 17:49 Paylaş :