Blog

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün təşkil edilən qış məktəbi başa çatıb

20-02-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli İzahlı qeydlər 2022 Hüquqi qeydlər 2022 Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün təşkil edilən qış məktəbi başa çatıb Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün təşkil edilən qış məktəbi başa çatıb Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün təşkil edilən qış məktəbi başa çatıb Dövlət Gömrük Komitəsinin Akademiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Technest Təqaüd proqramı və “Coders Azerbaijan”ın birgə təşkilatçılığı ilə həyata keçirilən “Winter Cyber Security Camp 2023” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə kibertəhlükəsizlik sahəsində kritik düşünmə qabiliyyətinə malik savadlı kadrların hazırlanması məqsədi ilə təşkil edilən layihənin önəmindən, Dövlət Gömrük Komitəsinin Akademiyasının tərəfdaşı olan  “Coders Azerbaijan”la səmərəli əməkdaşlıqdan söhbət açılıb. Bu sahədə həyata keçirilən layihələrin gənclər arasında böyük maraq yaratdığı, hazırda dünyada kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislərə ciddi tələbatın müşahidə olunduğu diqqətə çatdırılıb, daha sonra layihə çərçivəsində görülən işlərlə bağlı hesabat verilib. Tədbirin sonunda layihənin qalib komandasına, iştirakçılara, layihə könüllülərinə sertifikatlar və hədiyyələr təqdim olunub. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyası və “Coders Azerbaijan” Tədris Mərkəzində 14 gün davam edən kibertəhlükəsizlik üzrə qış məktəbinin təlimləri yerli, həmçinin Türkiyə və İngiltərədən olan təcrübəli mütəxəssislər tərəfindən təşkil edilib. Akademiyanın 20 tələbəsini əhatə edən təlimlərdə iştirakçılar intensiv tədrisdə iştirak edərək hücum və müdafiə xarakterli kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlara yiyələniblər. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 20 Fevral 2023 16:37 Paylaş :