Gömrük əməkdaşları arasında stolüstü tennis turniri təşkil edilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük əməkdaşları arasında stolüstü tennis turniri təşkil edilib Əsas Faydalı Xəbərlər Gömrük əməkdaşları arasında stolüstü tennis turniri təşkil edilib Gömrük əməkdaşları arasında stolüstü tennis turniri təşkil edilib Fevralın 15-də “Şüa” İdman Kompleksində gömrük əməkdaşları arasında stolüstü tennis turniri keçirilib. Turnir “5 mart Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar dövlət qurumları arasında stolüstü tennis idman növü üzrə keçiriləcək yarışda iştirak edəcək qalibləri müəyyənləşdirmək məqsədilə təşkil edilib. Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə keçirilən turnirdə gömrük orqanlarında çalışan 50-dək əməkdaş iştirak edib. Yarışdan əvvəl iştirakçılar Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra oyundakı rəqiblər müəyyənləşib, onlar stolüstü tennisdə öz bacarıqlarını nümayiş etdiriblər. Turnirin yekun nəticələrinə görə, qadınların mübarizəsində Günel Xanlarova qalib gəlib. Rövşanə Əsgərova 2-ci, Yavər Məmmədova 3-cü, kişilərin mübarizəsində isə Şamil Emçiyev 1-ci, Vüqar Orucov 2-ci, Sunay Həmzəyev 3-cü yerləri tutublar, Nicat Teymurlu isə əzmkar idmançı adına layiq görülüb. Turnirin yekununda Dövlət Gömrük Komitəsi sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov qaliblərlə görüşərək təbriklərini çatdırıb, gələcək iş fəaliyyətləri, həmçinin qatılacaqları növbəti yarışlarda əzmkar olmağı tövsiyə edib, uğurlar arzulayıb. Sonda qaliblər diplomlarla təltif edilib. Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən “5 mart Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar dövlət qurumları arasında keçiriləcək tennis turnirində Dövlət Gömrük Komitəsini də qalib gömrükçülərdən ibarət yığma komandamız təmsil edəcək. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 15 Fevral 2023 19:45 Paylaş :