Blog

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüş keçirilib

15-02-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüş keçirilib Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüş keçirilib Fevralın 15-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi və əməkdaşları Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşüblər. İlk olaraq tədbir iştirakçıları qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həyatlarını itirən insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Palatanın rəhbəri Nərgiz Nəsrullayeva-Müdüroğlu dövlət orqanları ilə mütəmadi görüşlərin təşkil edildiyini, cari ildə ilk görüşün gömrük orqanları ilə keçirildiyini, gələcəkdə qarşılıqlı münasibətlərin daha da səmərəli şəkildə qurulacağını bildirib. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov gömrük orqanlarının biznes nümayəndələri ilə münasibətlərin işgüzar zəmində qurulmasına, gömrük-biznes əməkdaşlığında açıq, şəffaf dialoqa xüsusi önəm verdiyini bildirib, qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılması istiqamətində zəruri addımlar atıldığını vurğulayıb. O da qeyd olunub ki, gömrük xidməti qarşısında müəyyənləşdirilən əsas hədəflərdən biri də gömrük sahəsində biznes subyektlərinə münbit şəraitin yaradılması, qəbul edilən qərarlar, tətbiq edilən yeniliklərlə bağlı onların təklif və rəylərinin öyrənilərək reallaşdırılmasıdır. Bu məqsədlə son dövrlərdə gömrük orqanları tərəfindən fəaliyyət planının hazırlandığı, gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, prosedurların rasionallığının, şəffaflığın, əlçatanlığın artırılması üçün yeniliklərin, rəqəmsal həllərə əsaslanan innovativ layihələrin tətbiqinə başlanıldığı diqqətə çatdırılıb. Görüşdə gömrük orqanlarının missiyası, gələcək fəaliyyətindəki priroritet istiqamətlər, strateji hədəflər barədə məlumat verilib, tətbiqinə başlanan, icrası davam edən və planlaşdırılan layihələr, yeniliklərdən, onların biznesə faydalarından  bəhs olunub. Sonda biznes nümayəndələrinin təklif və rəylərini dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 15 Fevral 2023 17:32 Paylaş :