Blog

“Hüquq-mühafizə sisteminin dəstəklənməsi üzrə əmtəə məhsullarının təhlili” mövzusunda seminar keçirilir

25-08-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Malların nomenklaturası Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Ən çox verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları “Hüquq-mühafizə sisteminin dəstəklənməsi üzrə əmtəə məhsullarının təhlili” mövzusunda seminar keçirilir Əsas Komitə Xəbərlər “Hüquq-mühafizə sisteminin dəstəklənməsi üzrə əmtəə məhsullarının təhlili” mövzusunda seminar keçirilir “Hüquq-mühafizə sisteminin dəstəklənməsi üzrə əmtəə məhsullarının təhlili” mövzusunda seminar keçirilir Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Hüquq-mühafizə sisteminin dəstəklənməsi üzrə əmtəə məhsullarının təhlili” (CASE) mövzusunda seminar öz işinə başlayıb. ABŞ Enerji Departamentinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi tərəfindən ABŞ Dövlət Departamentinin "İxrac Nəzarəti və Əlaqədar Sərhəd Təhlükəsizliyi" (EXBS) proqramı çərçivəsində təşkil olunan seminarın açılışında Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Kənan Məmmədov, ABŞ-ın Enerji Departamentinin Milli Nüvə Təhlükəsizliyi Agentliyinin qərargah üzrə proqram meneceri Samra Volde-Tensae, Argonne Milli Laboratoriyasının baş mütəxəssisi Ron Orzel,  Los Alamos Milli Laboratoriyasının mütəxəssisləri və Komitənin strukturuna daxil olan müvafiq qurumların əməkdaşları iştirak edib. Seminar çərçivəsində hüquq-mühafizə sisteminin dəstəklənməsi üzrə əmtəə məhsullarının təhlili metodologiyası haqqında iştirakçılar ətraflı məlumatlandırılacaq ki, bu da ikili təyinatlı malların kodunun müəyyənləşdirilməsi, onların texniki göstəriciləri əsasında təyinatı və daşınması üsullarının öyrənilməsi, sərhəddən qanunsuz keçirilməsinin vaxtında qarşısının alınması və beynəlxalq təcrübənin daha dərindən mənimsənilməsi baxımından əhəmiyyət daşıyır. Üç gün davam edəcək seminarda ABŞ-ın Argonne Milli Laboratoriyasının baş mütəxəssisi-ekspert Ron Orzel tərəfindən CASE haqqında ümumi məlumat veriləcək, bu metodologiya əsasında əyani şəkildə konkret tapşırıqlar icra olunacaq və biliklər qiymətləndirilərək iştirakçılara sertifikatlar veriləcək.   DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Avqust 2022 14:10 Paylaş :