Blog

Daxili müsabiqənin qalibləri ilə görüş keçirilib

11-02-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Daxili müsabiqənin qalibləri ilə görüş keçirilib Əsas Komitə Xəbərlər Daxili müsabiqənin qalibləri ilə görüş keçirilib Daxili müsabiqənin qalibləri ilə görüş keçirilib Fevralın 11-də gömrük orqanlarında karyera inkişafı və vəzifə dəyişikliyində şəffaflığın təmin olunması, vəzifə yüksəlişində müvafiq standartların və dəyərlər sisteminin formalaşdırılması, səriştəli və bilikli kadrların müəyyənləşdirilərək önə çəkilməsi məqsədilə təşkil edilən daxili müsabiqənin qalibləri ilə görüş keçirilib. Müsabiqə komissiyasının üzvləri və qalib gələn 35 nəfər gömrük əməkdaşının iştirak etdiyi görüşdə bildirilib ki, gömrük işinin müasir çağırışlara, beynəlxalq standartlara uyğun şəkildə qurulması məqsədilə həyata keçirilən yeniliklərin prioritet istiqamətlərindən biri də Komitənin strukturuna daxil olan qurumlar üzrə insan resurslarının idarə edilməsi prosesinin yeni müstəviyə çıxarılması, əməkdaşların səriştə və təcrübəsindən səmərəli istifadə olunmasıdır. Daxili müsabiqənin də bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində təşkil olunduğu qeyd edilib, bundan sonra da gömrük sistemində çalışan potensiallı və müvafiq səriştələrə malik olan kadrların müəyyən edilməsi və vakant vəzifələr üzrə kadr ehtiyacının ödənilməsinin təmin olunması məqsədilə zəruri addımların atılacağı vurğulanıb, qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 11 Fevral 2023 14:57 Paylaş :