“Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram” çərçivəsində təlim keçirilir
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Malların nomenklaturası Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Ən çox verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram” çərçivəsində təlim keçirilir Əsas Komitə Xəbərlər “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram” çərçivəsində təlim keçirilir “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram” çərçivəsində təlim keçirilir Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Strateji ticarət, cinayət üzrə əməliyyat məlumatı, tranzit və bir nəqliyyat vasitəsindən digərinə malların yüklənməsi ilə bağlı saxtakarlıq və ixrac nəzarəti”nə dair təlim keçirilir. Azərbaycan, Qazaxıstan və Türkmənistan gömrük xidmətlərinin aidiyyəti qurumlarının əməkdaşlarının potensialının inkişaf etdirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlim BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) birgə layihəsi olan “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram” çərçivəsində təşkil olunub. Təlimin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin ekspertləri Adam Baçellor, Ercan Saka, “Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı”nın hər üç ölkə üzrə milli əlaqələndiriciləri və nəzarət qruplarının üzvləri iştirak edib. 5 gün davam edəcək təlim çərçivəsində ekspertlər tərəfindən strateji malların ticarətində milli fəaliyyətin tənzimlənməsi, embarqo və sanksiyaların icmalı, strateji ticarətin ixrac nəzarəti və tranzit daşımalar sahəsində hüquqpozmalar, bir nəqliyyat vasitəsindən digərinə malların yüklənməsi sahəsində hüquqpozmalar, əməliyyat məlumatlarının istifadəsi və digər mövzularda təqdimatlar nümayiş etdiriləcək, milli və qabaqcıl ölkələrin təcrübələrinə dair məlumatlar veriləcək. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Avqust 2022 15:32 Paylaş :