Gömrük Akademiyasında kibertəhlükəsizlik üzrə qış kampının açılış mərasimi keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük Akademiyasında kibertəhlükəsizlik üzrə qış kampının açılış mərasimi keçirilib Əsas Komitə Xəbərlər Gömrük Akademiyasında kibertəhlükəsizlik üzrə qış kampının açılış mərasimi keçirilib Gömrük Akademiyasında kibertəhlükəsizlik üzrə qış kampının açılış mərasimi keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyası, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” təqaüd proqramı və “Coders Azerbaijan”ın birgə təşkilatçılığı ilə “Winter Cyber Security Camp 2023” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə layihənin önəmindən söz açılıb, rəqəmsallaşmanın geniş vüsət aldığı bir dövrdə ölkəmizdə və dünyada kibertəhlükəsizlik məsələlərinin əhəmiyyətinin artdığı vurğulanıb. Eyni zamanda “Technest” təqaüd proqramı barəsində ətraflı məlumat verilib və qeyd olunub ki, proqramın əsas məqsədi İKT üzrə ölkədə kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud boşluqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. Layihədə Dövlət Gömrük Komitəsinin Akademiyasının 20 nəfər tələbəsi iştirak edəcək. Qeyd edək ki, 1-14 fevral 2023-cü il tarixlərini əhatə edən kamp çərçivəsində iştirakçılar intensiv tədrisdə iştirak edərək nəzəri, praktiki bilik və bacarıqlar qazanacaq, təlimin yekununda qruplar şəklində layihə hazırlayıb təqdim edəcəklər. 2 Fevral 2023 15:14 Paylaş :