Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb Əsas Komitə Xəbərlər Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb. Belə ki, daxil olmuş məlumat əsasında İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilən, Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının qarşısında geyim, ayaqqabı və tekstil məhsullarının toplanıldığı qutunun altında yerləşdirilən narkotik vasitə - metadon naməlum şəxs tərəfindən götürülərkən saxlanılıb. “Lada” markalı avtomobillə əraziyə gələn həmin şəxsin götürdüyü sellofan torbaya baxış keçirilib. Baxış zamanı sellofan torbada hər konvalyutda 10 ədəd həb olmaqla, ümumilikdə 50 konvalyutda 500 ədəd “Methadone 40” adlı həblər aşkar edilib. Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir. Faktla bağlı araşdırma aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 31 Yanvar 2023 13:10 Paylaş :