Blog

Dövlət Gömrük Komitəsinin Akademiyasında imtahan prosesi izlənilib

28-01-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Dövlət Gömrük Komitəsinin Akademiyasında imtahan prosesi izlənilib Əsas Komitə Xəbərlər Dövlət Gömrük Komitəsinin Akademiyasında imtahan prosesi izlənilib Dövlət Gömrük Komitəsinin Akademiyasında imtahan prosesi izlənilib Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Dövlət Gömrük Komitəsinin Akademiyasında imtahan prosesini izləyib, ali təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olublar. Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov  rəhbərlik etdiyi təhsil ocağında həyata keçirilən layihələr,  beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, tələbə qəbulu üzrə yüksək göstəricilərini qoruyub saxlayan Akademiyada təhsil prosesinin müasir metodlarla aparılmasına, tələbələrin şəxsiyyət kimi formalaşmasına xüsusi diqqət göstərilir. Tədbirin gedişində Akademiyanın əməkdaşları tərəfindən tədrisin elektron idarəetmə  sistemi və tələbələrin biliyinin qiymətləndirilməsinə dair  təqdimat və videoçarx nümayiş etdirilib.   Daha sonra Akademiyada yaradılan şərait, müasir texniki nəzarət vasitələri ilə təmin olunan auditoriyalar, yoxlama otağı, linqafon kabineti və tədris prosesi ilə tanış olan İctimai Şuranın üzvləri imtahan prosesinin şəffaf və obyektiv keçirildiyini vurğulayıblar. Sonda İctimai Şuranın üzvlərinin tələbələrlə görüşü təşkil edilib, onları maraqlandıran suallar cavablandırılıb,  rəy və təkliflər dinlənilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 28 Yanvar 2023 13:56 Paylaş :