Narkotiklərlə mübarizə mövzusunda dəyirmi masa keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Narkotiklərlə mübarizə mövzusunda dəyirmi masa keçirilib Əsas Komitə Xəbərlər Narkotiklərlə mübarizə mövzusunda dəyirmi masa keçirilib Narkotiklərlə mübarizə mövzusunda dəyirmi masa keçirilib Yanvarın 26-da Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə qurumlararası əməkdaşlığın rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Daxili İşlər, Səhiyyə, Ədliyyə, Elm və Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, TƏBİB və digər qurumların nümayəndələri iştirak edib. Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov çıxış edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniyanın hazırda dünyanı narahat edən əsas problemlərdən birinə çevrildiyini, Azərbaycanın bu sahədə uğurlu mübarizə aparan ölkələrdən olduğunu vurğulayıb, gömrük orqanları tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin nümayəndəsi Hacı Hacıyev narkotiklərlə mübarizə sahəsində həyata keçirilmiş fəaliyyətlər, bu sahədə qurumlararası əməkdaşlığın əhəmiyyətindən danışıblar. Daha sonra DGK Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev “Çağdaş dünyanın aktual problemi: narkotik vasitələr və psixotrop maddələr”, Milli Məclisin deputatı, DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı dövlət siyasətinin formalaşdırılması və qanunvericilik” mövzularında təqdimatlarla çıxış ediblər. Həmçinin tədbir zamanı digər dövlət qurumlarının nümayəndələrinin də mövzu ilə əlaqəli məruzələri dinlənilib. Sonda mövzularla bağlı müzakirələr aparılıb. 26 Yanvar 2023 18:32 Paylaş :