“Virtual Reallıq Təlim Proqramı”nın təqdimatı keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları “Virtual Reallıq Təlim Proqramı”nın təqdimatı keçirilib Əsas Komitə Xəbərlər “Virtual Reallıq Təlim Proqramı”nın təqdimatı keçirilib “Virtual Reallıq Təlim Proqramı”nın təqdimatı keçirilib Yanvarın 24-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində “Virtual Reallıq Təlim Proqramı”nın təqdimatı keçirilib. Təqdimat mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov, ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığının direktoru Taeil Kang, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, ÜGT-nin və DGK-nın nümayəndələri iştirak ediblər. Tədbirdə 2023-cü ilin ölkəmizdə Heydər Əliyev ili olduğu qeyd edilib, müstəqilliyimizin memarı olan Ulu Öndərin gömrük orqanları qarşısındakı proqram xarakterli tövsiyələrində beynəlxalq əməkdaşlığın, təcrübə mübadiləsinin əhəmiyyətinin xüsusi vurğulandığı, gömrük orqanlarının da inkişafında ÜGT-nin dəstəyi ilə potensialın gücləndirilməsi, bilik və bacarıqların artırılması istiqamətində atılan addımların mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Daha sonra ÜGT-nin dəstəyi ilə reallaşdırılan “Virtual Reallıq Təlim Proqramı”nın əhəmiyyətindən bəhs edilib, son zamanlar gömrük sistemində aparılan təkmilləşdirmələrin, tətbiq edilən innovativ layihələrin uğurla reallaşdırılmasında, əməkdaşların potensialının, bilik və bacarıqlarının artırılması işinin təşkilində proqramın mühüm rol oynayacağı vurğulanıb. ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığının rəhbəri Taeil Kang “Virtual Reallıq Təlimi Proqramı”nın yaranma zərurətindən, fəaliyyət mexanizmindən, tətbiq sahələrindən bəhs edib, Azərbaycan gömrüyü ilə də bu sahədə formalaşdırılan əməkdaşlığın gömrük işinin inkişafına töhfə verəcəyini bildirib. Təmsil etdiyi qurumun Azərbaycanda 3 mühüm təsisatının fəaliyyət göstərdiyini vurğulayan Taeil Kang bu kimi fəaliyyətlərin Dövlət Gömrük Komitəsi ilə ÜGT arasında əməkdaşlığın inkişafında önəmli rol oynadığını diqqətə çatdırıb. Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov Proqram çərçivəsində Akademiyanın virtual reallıq təlimi avadanlığı ilə təchiz edildiyini, artıq yerli təlimçilərin yetişdirilməsi istiqamətində addımların atıldığını, yeni texnologiyanın təlim imkanlarını genişləndirəcəyini vurğulayıb. Sonra ÜGT-nin Virtual Reallıq Təlim layihəsi barədə videoçarx nümayiş etdirilib, yüklərin virtual reallıqda yoxlanılmasının icmalının təqdimatı keçirilib, eləcə də layihə barədə ümumi məlumat verilib. Sonda Koreyanın “HO Entertainment Corp” şirkətinin nümayəndələri Virtual Reallıq Təlimi avadanlığını əyani nümayiş etdirərək təcrübəni iştirakçılarla bölüşüblər. 24 Yanvar 2023 17:53 Paylaş :