Blog

ÜGT nümayəndə heyəti Gömrük Akademiyasında olub

24-01-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları ÜGT nümayəndə heyəti Gömrük Akademiyasında olub Əsas Komitə Xəbərlər ÜGT nümayəndə heyəti Gömrük Akademiyasında olub ÜGT nümayəndə heyəti Gömrük Akademiyasında olub Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktoratlığının rəhbərliyi və Koreyanın “HO Entertainment Corp” şirkətinin nümayəndələri Akademiyaya səfər ediblər. Akademiyada gömrük əməkdaşları üçün təşkil edilən və “HO Entertainment Corp” şirkəti tərəfindən təchiz edilən “ÜGT Virtual Reallıq Təlim Proqramı” çərçivəsində baş tutan görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktoratlığının rəhbəri Taeil Kang, “HO Entertainment Corp” şirkətinin, Dövlət Gömrük Komitəsinin nümayəndələri və Akademiyanın əməkdaşları iştirak ediblər. Görüşdə Azərbaycan gömrük xidməti və ÜGT arasında mövcud əlaqələrdən, Akademiyanın fəaliyyəti, inkişaf istiqamətlərindən, ÜGT-nin kadr potensialının daha da inkişaf etdirilməsində dəstəyindən və əməkdaşlığın perspektivlərindən bəhs edilib. Daha sonra görüşdə Akademiyanın ümumi fəaliyyəti, beynəlxalq əlaqələri və layihələr haqqında məlumat verilərək Akademiya və ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığı arasında kadr potensialının gücləndirilməsi sahəsində əlaqələri, xüsusilə, virtual reallıq texnologiyası vasitəsilə təlimlər, ÜGT-nin “CLiKC! E-learning” platformasının Akademiya tərəfindən Azərbaycanda milli koordinasiyası, direktoratlıqla gələcəkdə nəzərdə tutulan digər əməkdaşlıq imkanları barəsində geniş təqdimat nümayiş etdirilib. 24 Yanvar 2023 11:25 Paylaş :