Blog

Sahibkarlar “Şəxsi hesab vərəqəsi” elektron xidməti barədə məlumatlandırılıb

23-01-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Sahibkarlar “Şəxsi hesab vərəqəsi” elektron xidməti barədə məlumatlandırılıb Əsas Komitə Xəbərlər Sahibkarlar “Şəxsi hesab vərəqəsi” elektron xidməti barədə məlumatlandırılıb Sahibkarlar “Şəxsi hesab vərəqəsi” elektron xidməti barədə məlumatlandırılıb Yanvarın 23-də xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə daha bir görüş Hava Nəqliyyatında Baş Gömrük İdarəsində təşkil edilib. Görüşün keçirilməsində əsas məqsəd  sahibkarları “Şəxsi hesab vərəqəsi” elektron xidməti haqqında geniş məlumatlandırmaq olub. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin birinci müavini Anar Cahangirov çıxış edərək  “Şəxsi hesab vərəqəsi” elektron xidmətin əhəmiyyətindən danışıb, pilot variantda istifadəyə verilən yeni elektron xidmətin biznes fəaliyyətinin daha səmərəli təşkilinə töhfə verəcəyini diqqətə çatdırıb. Daha sonra Dövlət Gömrük Komitəsi Gömrük Ödənişləri İdarəsinin rəisi Tariyel Alverdiyev son dövrlərdə Komitə tərəfindən tətbiq edilən yeni layihələr və  “Şəxsi hesab vərəqəsi” elektron xidməti ilə bağlı geniş təqdimatla çıxış edib. Qeyd edilib ki, “Şəxsi hesab vərəqəsi” elektron xidməti idxal-ixrac əməliyyatları zamanı gömrük bəyannamələri üzrə hesablamaların, gömrük və digər ödənişlərin uçotunun vahid platforma üzərindən reallaşdırılmasına, maliyyə-uçot sisteminin düzgün qurulmasına  imkan verir. Tədbirdə “Şəxsi hesab vərəqəsi” elektron xidməti ilə bağlı videoçarxlar da nümayiş etdirilib. Dövlət Gömrük Komitəsinin əməkdaşları sözügedən elektron xidmətindən istifadə qaydalarını  canlı olaraq izah ediblər. Görüşün sonunda sahibkarların və gömrük təmsilçilərinin fikir və rəyləri öyrənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Yanvar 2023 16:13 Paylaş :