Blog

Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

23-01-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib Əsas Komitə Xəbərlər Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib Yanvarın 23-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov  Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktoratlığının direktoru Taeil Kang ilə görüşüb. ÜGT ilə Azərbaycan gömrüyü arasındakı səmərəli və işgüzar əlaqələrdən bəhs edən Şahin Bağırov gömrük sahəsində müasir çağırışların, həllərin  və texnologiyaların öyrənilməsində beynəlxalq əməkdaşlığın mühüm rol oynadığını diqqətə çatdırıb. O da vurğulanıb ki, gömrük işinin elmi əsaslar, institusional yanaşmalar üzərində qurulması, qabaqcıl təcrübələrin öyrənilməsi və təbliğində ÜGT mühüm rol oynayır.  Görüşdə gömrük sistemində risklərin təhlili, dəyərin müəyyənləşdirilməsi, məlumatların analiz edilməsi və digər sahələrdə Azərbaycan gömrükçüləri üçün təlimlərin keçirilməsi, “Orta Dəhliz” üzrə yükdaşımalarda rəqəmsal həllərin tətbiqi hesabına tranzitin sadələşdirilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsinə diqqət çəkilib. ÜGT-nin Potensialın Gücləndirilməsi Direktoratlığının direktoru Taeil Kang təmsil etdiyi qurumla Azərbaycan gömrüyü arasındakı əlaqələrdən, ÜGT-nin ölkəmizdə yerləşən regional mərkəzlərinin fəaliyyətindən məmnunluqla bəhs edib, əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Yanvar 2023 14:45 Paylaş :