Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib Əsas Komitə Xəbərlər Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib Yanvarın 21-də Bakı Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib. Görüş Dövlət Gömrük Komitəsinin pilot variantda tətbiqinə başladığı “Şəxsi hesab vərəqəsi” elektron xidməti barədə sahibkarları və gömrük təmsilçilərini məlumatlandırmaq, onların fikir və rəylərini öyrənmək məqsədilə təşkil edilib. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov bildirib ki, gömrük işinin günün tələbləri səviyyəsində beynəlxalq standartlara uyğun şəkildə təşkili, şəffaflığın, əlçatanlığın artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, rəqəmsallığın genişləndirilərək təmasın minimuma endirilməsi məqsədilə gömrük sistemində institusional təkmilləşdirmələr aparılır, “Şəxsi hesab vərəqəsi” elektron xidməti də bu istiqamətdə tətbiq edilən mühüm yeniliklərdəndir. Yeni elektron xidmət biznes fəaliyyətinin, əməliyyatların, maliyyə-uçot sisteminin düzgün qurulmasına münbit şərait yaradır. Daha sonra Komitənin mütəxəssisləri tərəfindən “Şəxsi hesab vərəqəsi” elektron xidmətindən istifadə qaydaları onlayn rejimdə canlı olaraq iştirakçılara izah edilib, sahibkarları və gömrük təmsilçilərini maraqlandıran suallar ətraflı cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 21 Yanvar 2023 14:26 Paylaş :