Blog

Xeyli miqdarda dərman preparatları aşkarlandı

14-01-2021

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmız Körpü" gömrük postunda Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu sual olunub.