DSX və DGK rəhbərliyi Sədərək, Culfa və Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqələrində olublar
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları DSX və DGK rəhbərliyi Sədərək, Culfa və Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqələrində olublar Əsas Komitə Xəbərlər DSX və DGK rəhbərliyi Sədərək, Culfa və Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqələrində olublar DSX və DGK rəhbərliyi Sədərək, Culfa və Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqələrində olublar Yanvarın 6-da Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə hər iki qurumun nümayəndə heyətləri Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrində olublar. Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə sərhədində yerləşən Sədərək, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Culfa və Şahtaxtı buraxılış məntəqələrində mövcud infrastrukturun vəziyyəti, əməkdaşların iş şəraiti ilə yaxından tanış olan qurum rəhbərləri xidmət səviyyəsinin daha da yüksəldilməsi, gömrük və sərhəd nəzarətinin səmərəli şəkildə reallaşdırılması, sərhədkeçmə proseslərinin sürətli həyata keçirilməsi, eləcə də beynəlxalq tranzitin daha da asanlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini veriblər. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 6 Yanvar 2023 17:24 Paylaş :