Blog

Dövlət Gömrük Komitəsi yeni elektron xidmətini təqdim edir (VİDEO)

28-12-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Dövlət Gömrük Komitəsi yeni elektron xidmətini təqdim edir (VİDEO) Əsas Komitə Xəbərlər Dövlət Gömrük Komitəsi yeni elektron xidmətini təqdim edir (VİDEO) Dövlət Gömrük Komitəsi yeni elektron xidmətini təqdim edir (VİDEO) Dövlət Gömrük Komitəsinin istifadəyə verdiyi yeni elektron xidmət hava nəqliyyatı vasitəsilə səyahətləriniz zamanı gömrük sərhədlərini daha asan və sürətli keçməyinizə şərait yaradacaq. Sərnişinlər üçün “Sadələşdirilmiş bəyannamə” elektron xidməti vasitəsilə  xaricə apardığınız və ya gətirdiyiniz malları artıq öncədən internetə çıxışı olan istənilən  məkandan e.customs.gov.az  portalı, “Smart customs” mobil tətbiqi və gömrük-sərhəd buraxılış məntəqələrində quraşdırılan köşklər üzərindən bəyan edə bilərsiniz. Yeni xidmət valyuta və nəqliyyat  vasitələrini də onlayn qaydada bəyan etməyə, bəyannamələrinizin statusunu və güzəştli limitinizin hədlərini izləməyə, gömrük ödənişlərini onlayn qaydada həyata keçirməyə imkan verir. Azərbaycan dili ilə yanaşı, ingilis, rus dillərində də təqdim olunan xidmətdən  xarici vətəndaşlar da istifadə edə bilərlər. Yeni elektron xidmət sərnişinlərin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə,  rahatlığın, şəffaflığın və məmnunluğun artırılmasına şərait yaradacaq.   DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 28 Dekabr 2022 10:36 Paylaş :