Blog

Gömrük Akademiyasında ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsinə dair təlim keçirilib

26-12-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük Akademiyasında ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsinə dair təlim keçirilib Əsas Komitə Xəbərlər Gömrük Akademiyasında ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsinə dair təlim keçirilib Gömrük Akademiyasında ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsinə dair təlim keçirilib Dövlət Gömrük Komitəsinin  Akademiyasında   gömrük əməkdaşları üçün “Əhali ilə işləmə və ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təşkil edilən ixtisasartırma təlimində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan müvafiq qurumların ümumilikdə 23 nəfər gömrük əməkdaşı iştirak edib. Təlim Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya elmləri doktoru Elxan Bəylər tərəfindən keçirilib. Təlimin açılış hissəsində çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov son dövrdə gömrük orqanları tərəfindən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərdən bəhs edib, həmçinin vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə DGK-nın təqdim etdiyi elektron xidmətlər barəsində də söz açıb. Təlimin gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını qeyd edən Akademiya rəisi iştirakçılara təlimdən maksimum faydalanmağı tövsiyə edib. Təlimdə iştirakçılara ünsiyyətin verbal və qeyri-verbal aspektləri, kommunikativ maneələr  və onların aradan qaldırılması yolları, stress və onun idarə edilməsi, konflikt – konfliktin profilaktikası, idarə olunması və konfliktdən yayınma mövzuları barəsində ətraflı məlumat verilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 26 Dekabr 2022 13:18 Paylaş :