Blog

Dövlət Gömrük Komitəsində “Açıq qapı” günü keçirilib

24-12-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Dövlət Gömrük Komitəsində “Açıq qapı” günü keçirilib Əsas Komitə Xəbərlər Dövlət Gömrük Komitəsində “Açıq qapı” günü keçirilib Dövlət Gömrük Komitəsində “Açıq qapı” günü keçirilib Dekabrın 24-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Dövlət Gömrük Komitəsində “Açıq qapı” günü təşkil olunub. Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin dəstəyi ilə gömrük əməkdaşlarının övladları üçün keçirilən tədbir çərçivəsində uşaqlar valideynlərinin iş fəaliyyəti ilə tanış olub, dünyagörüşlərinin artırılması istiqamətində maarifləndirici proqramda iştirak ediblər. Eyni zamanda ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban Əliyevanın gələcəyimiz olan uşaqlara diqqət və qayğılarını əks etdirən videoçarx nümayiş olunub. Uşaqlar, həmçinin gömrük xidmətinin müxtəlif sahələrinə dair maarifləndirici videoçarxa da baxıblar, əyləncəli oyunlara qatılıblar.  Daha sonra uşaqlar  Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində yetişdirilən kinoloji xidmət itlərinin iştirakı ilə hazırlanan səhnəciklərə tamaşa ediblər. Tədbir çərçivəsində gömrük xidmətinin fəaliyyəti mövzusunda gömrük orqanı əməkdaşlarının və övladlarının iştirakı ilə keçirilən fotomüsabiqənin qalibləri elan edilib və onlara hədiyyələr təqdim olunub. 24 Dekabr 2022 18:03 Paylaş :