Gömrük Akademiyasında Mediasiya Şurası ilə görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük Akademiyasında Mediasiya Şurası ilə görüş keçirilib Əsas Komitə Xəbərlər Gömrük Akademiyasında Mediasiya Şurası ilə görüş keçirilib Gömrük Akademiyasında Mediasiya Şurası ilə görüş keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında Mediasiya Şurası ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın əməkdaşları, Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Bakı 2 saylı mediasiya təşkilatının sədri, Mediasiya Şurası Etika Komitəsinin sədri İlhamə Həsənova iştirak ediblər. Akademiyanın rəisi Qulu Novruzov digər ixtisaslarla yanaşı, hüquqşünaslıq ixtisası üzrə kadr hazırlayan və tələbələrin praktik bacarıqlarının inkişaf etdirilməsinə xüsusi önəm verən Gömrük Akademiyası ilə Mediasiya Şurası arasında əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib. Daha sonra tədbirdə Akademiyanın fəaliyyətinə dair təqdimat nümayiş olunub. Ədliyyə Nazirliyinin idarə rəisi Aynur Sabitova yeni fəaliyyətə başlamış Mediasiya Şurası ilə həyata keçirilən qarşılıqlı fəaliyyətdən söz acaraq, Akademiya ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindən bəhs edib. Şuranın İdarə Heyətinin sədri Nadir Adilov təmsil etdiyi qurumun yaranma tarixi, əsas funksiyaları haqqında məlumat verib. Görüş çərçivəsində Mediasiya Şurası tərəfindən Akademiyanın hüquqşünaslıq ixtisasının tələbələri üçün “Azərbaycanda mediasiya islahatları” mövzusunda maarifləndirici seminar keçirilib, tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb. 22 Dekabr 2022 16:11 Paylaş :