Blog

Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin test imtahanı mərhələsi keçirilib

18-12-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin test imtahanı mərhələsi keçirilib Əsas Komitə Xəbərlər Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin test imtahanı mərhələsi keçirilib Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin test imtahanı mərhələsi keçirilib Dekabrın 18-də Dövlət Gömrük Komitəsi tərəfindən gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin test imtahanı mərhələsi keçirilib. Müsabiqədə iştirak  etmək üçün 2420 nəfər müraciət edib. 1909 nəfər test imtahanında iştirak hüququ qazanıb və onlardan 651 nəfəri qadındır. İmtahanda qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidəçi kimi iştirak ediblər. Test imtahanının nəticələri 3 gün müddətində Dövlət Gömrük Komitəsinin saytında elan ediləcək və hər bir namizədin qeydə alınmış e-poçt ünvanına bu barədə məlumat göndəriləcək. Test imtahanında müvəffəqiyyət qazanan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər. Test imtahanından və müsahibədən uğurla çıxan namizədlər müsabiqədən müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlar barəsində müəyyən olunmuş qaydalara uyğun vakant vəzifələrə təyin ilə bağlı müvafiq qərar qəbul edilir. Müsabiqədən uğurla keçən, lakin vakant vəzifəyə təyin olunmayan namizədlərin potensialından səmərəli istifadə məqsədilə həmin şəxslərin iki il müddətinə ehtiyat kadrlar siyahısına daxil edilməsi və iki il müddətində vakant vəzifə yarandıqda onların həmin vəzifələrə təyin olunması nəzərdə tutulur. Müsabiqənin müsahibə mərhələsi şəffaflığın təmin olunması üçün videoçəkiliş aparılmaqla, ictimaiyyət, kütləvi informasiya vasitələri nümayəndələrinin və digər müşahidəçilərin iştirakı ilə keçiriləcək. Eyni zamanda müsahibə komissiyalarının tərkibinə müstəqil ekspertlər də daxil ediləcək. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 18 Dekabr 2022 14:46 Paylaş :