Blog

Azərbaycan-Gürcüstan sərhədində birgə buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı görüş keçirilib

14-12-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Azərbaycan-Gürcüstan sərhədində birgə buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı görüş keçirilib Əsas Komitə Xəbərlər Azərbaycan-Gürcüstan sərhədində birgə buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı görüş keçirilib Azərbaycan-Gürcüstan sərhədində birgə buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı görüş keçirilib Azərbaycan-Gürcüstan sərhədində “İpək Yolu - Abreşumis Qza” birgə buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı hər iki tərəfin müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupların ilk görüşü keçirilib. Tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Ticarətin Asanlaşdırılması Mərkəzində gerçəkləşib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Gürcüstandan Gəlirlər Xidməti rəhbərinin müavini Vladimer Xundadze başçılıq ediblər. İclasda 29 sentyabr 2021-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında Saziş”ə əsasən yaradılacaq “İpək Yolu - Abreşumis Qza” birgə gömrük-sərhəd buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı hüquqi, maliyyə və texniki məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İclasda Asiya İnkişaf Bankının eksperti Radomir Djurik Azərbaycan ilə Gürcüstan arasında birgə gömrük-sərhəd buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı təkliflərini səsləndirib və təqdimatla çıxış edib. Görüşdə “İpək Yolu - Abreşumis Qza” birgə gömrük-sərhəd buraxılış məntəqəsinin gələcək fəaliyyətinin “Trans-Xəzər” nəqliyyat dəhlizində ticarətin artırılmasına töhfə verəcəyi vurğulanıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 14 Dekabr 2022 17:39 Paylaş :