Blog

Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri üçün sorğu keçirilib

14-12-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri üçün sorğu keçirilib Əsas Komitə Xəbərlər Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri üçün sorğu keçirilib Xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri üçün sorğu keçirilib Dövlət Gömrük Komitəsi xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri üçün onlayn sorğu keçirib. Xarici ticarət iştirakçılarına və gömrük təmsilçilərinə təqdim edilən sorğu gömrük xidmətlərindən məmnunluq, o cümlədən elektron xidmətdən istifadə, gömrük orqanlarında islahatlar, şəffaflıq, gömrük qanunvericiliyi və s. mövzuları əhatə edib, eyni zamanda gömrük orqanları tərəfindən göstərilən xidmətlərin daha da inkişaf etdirilməsi üçün müvafiq təkliflərin verilməsi şəraitini yaradıb. 222 xarici ticarət iştirakçıları tərəfindən təqdim olunan cavablarda respondentlərin ümumi məmnunluq dərəcəsi 80% təşkil edib. Gömrük təmsilçiləri üçün keçirilən sorğuda isə alınan 313 cavabda gömrük xidmətlərindən ümumi məmnunluq dərəcəsi 84% təşkil edib. Respondentlər ümumilikdə 295 təklif irəli sürüblər. Hər iki sorğunun nəticələri və verilən təkliflər dəyərləndirilib. Gələcəkdə bu kimi sorğuların mütəmadi keçirilməsi nəzərdə tutulub. Dövlət Gömrük Komitəsi belə sorğuların keçirilməsi zamanı xarici ticarət iştirakçılarının aktiv iştirakını xahiş edir. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi    14 Dekabr 2022 11:09 Paylaş :